×
A
A
A
Sazlamalar

Viktor Orban miqrantlarda Macarıstanın gələcəyi üçün təhlükə mənbəyi görür

Budapeşt, 14 fevral, AZƏRTAC 

Macarıstanın Baş naziri Viktor Orban Budapeşdə millətin vəziyyəti haqqında ənənəvi nitqində bildirib ki, miqrantların qəbulu Avropa Parlamentinə seçkilərdə əsas rol oynayacaq. AZƏRTAC xəbər verir ki, Baş nazir deyib: “Bizlərin, Mərkəzi Avropa sakinlərinin öz gələcəyi hələ də var. Bizim gələcəyimiz valideynlərimizin, nənə və babalarımızın həyat tərzini davam etdirməkdə, min illik ənənələrimizi qoruyub saxlamaqda, iqtisadiyyatımızı, ailəmizi və xristian mədəniyyətimizi müdafiə etməkdədir”.
Onun sözlərinə görə, hazırda Avropa yolayrıcındadır. Miqrantları qəbul etməyə razılıq vermiş ölkələrdə xristian əhali azalacaq. V.Orban bunda öz ölkəsi üçün təhlükə mənbəyi görür.

Dünya 2019-02-14 14:35:00