×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti Okinavada ABŞ-a məxsus hərbi bazanın yerini dəyişməkdə qərarlıdır

Tokio, 14 fevral, AZƏRTAC 

Yaponiya hökuməti referendumun nəticəsindən asılı olmayaraq, Okinavada ABŞ-a məxsus hərbi bazanın yerini dəyişməkdə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.
Fevralın 14-də Okinava prefekturasında ABŞ-a məxsus Futemma hərbi bazasının Henoko rayonuna köçürülməsi ilə əlaqədar referenduma hazırlıqla bağlı rəsmi kampaniyaya start verilib. Referendum fevralın 24-də keçiriləcək. Referendum ölkə hökuməti tərəfindən icbari qaydada icra edilmə üçün heç bir hüquqi qüvvəyə malik olmasa da, onun nəticələri prefektura sakinləri arasında parçalanmaya və həmçinin yerli əhali ilə mərkəzi hakimiyyət arasında qarşıdurmanın kəskinləşməsinə səbəb ola bilər. Hökumət bazanın Henoko rayonuna köçürülməsini, Okinava administrasiyası isə prefektura ərazisindən çıxarılmasını istəyir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-02-14 14:32:00