×
A
A
A
Sazlamalar

Cənubi Koreya KXDR-ə müstəqillik hərəkatının ildönümünü birgə qeyd etməyi təklif edib

Bakı, 14 fevral, AZƏRTAC

Rəsmi Seul yapon müstəmləkəsinə qarşı müstəqillik hərəkatının ildönümünü martın 1-də Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə birlikdə qeyd etmək təklifini irəli sürüb.
AZƏRTAC Cənubi Koreyanın Birləşmə Nazirliyinə istinadla xəbər verir ki, 1919-cu il martın 1-də başlamış hərəkatın ildönümünün birgə qeyd olunması tədbirinin dəqiq yeri və vaxtı barədə Şimali Koreyaya təkliflər təqdim edilib. KXDR hələlik bu təklifə cavab verməyib. Əgər müsbət cavab olarsa, nəzərdə tutulduğundan daha kiçik bir mərasim olacaq, çünki vaxt çox məhduddur. Bildirilir ki, tərəflər məsələni fevralın 16-da KXDR-in Keson şəhərində müzakirə edəcəklər.

Dünya 2019-02-14 14:34:00