×
A
A
A
Sazlamalar

Türkiyədə terror hazırlığında olan dəstə həbs edilib

Ankara, 14 fevral, AZƏRTAC

Türkiyənin Adana şəhərində daha bir PKK terrorunun qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 24 nəfər şübhəli qismində saxlanılıb. Həbs edilənlərin terror hazırlığında olduğu bildirilir.
Mersin və Konyada isə sosial şəbəkələrdə PKK terror təşkilatını təbliğ və terrorçu fəaliyyət üçün açıq çağırışlar etdiklərinə görə 14 nəfər həbs olunub.
Bundan başqa, Şırnakın Cudi dağı bölgəsində PKK terror təşkilatına məxsus geniş düşərgə aşkarlanıb. Ələ keçirilən mağaralarda çoxlu sayda silah, sursat və ləvazimat tapılıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-02-14 14:20:00