×
A
A
A
Sazlamalar

İtaliya və Fransa prezidentləri iki ölkə arasında yaranmış gərginliyi müzakirə ediblər

Roma, 14 fevral, AZƏRTAC

Prezident Sercio Mattarella və həmkarı Emmanuel Makron telefon danışığı zamanı Fransanın İtaliyadakı səfirinin geri çağırılması ilə nəticələnən gərginliklə bağlı müzakirələr aparıblar.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, hər iki lider Fransa-İtaliya əlaqələrinin önəmini bir daha vurğulayıb və Avropa İttifaqı qarşısındakı vəzifələrini xatırladıblar.
Qeyd edək ki, son vaxtlar miqrantlarla bağlı yaranmış fikir ayrılığı, İtaliya Baş nazirinin müavini Luidci Di Mayonun Fransada etirazçılara dəstək verməsi və s. səbəblərlə əlaqədar iki ölkə arasında gərginlik yaşanır.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-02-14 13:52:00