İranın Sistan-Bəlucistan vilayətində 3 günlük matəm elan olunub
Tehran, 14 fevral, AZƏRTAC
Bu gündən başlayaraq İranın Sistan-Bəlucistan vilayətində 3 günlük ümumi matəm elan olunub.
AZƏRTAC xəbər verir ki, vilayətin valisi Əhmədəli Möhəbbəti terror aktını pisləyərək deyib ki, İranın müdafiəçilərinə əl qaldırmaq ən ağır cinayətdir və bu cinayəti törədənlər tezliklə cəzalarına çatacaqlar. Vali nəzərə çatdırıb ki, həlak olanların dəfn mərasimini valilik keçirəcək.
Xatırladaq ki, ötən gecə İranın Sistan-Bəlucistan vilayətində törədilən terror aktında 41 nəfər həlak olub. Həlak olanların 20 nəfəri İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabitidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır
ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb
Mali frankdan imtina etmək istəyir