Həsən Ruhani: Terrorçular və havadarları mütləq cəzalarını alacaqlar
Tehran, 14 fevral, AZƏRTAC
İranda törədilən terror aktı düşmənlərin nə qədər alçaq və zəif olduqlarını göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 14-də İran Prezidenti Həsən Ruhani Suriya probleminin həlli üçün Rusiya və Türkiyə prezidentləri ilə Soçidə keçiriləcək üçtərəfli görüşə yola düşərkən deyib. İran xalqına başsağlığı verən Prezident nəzərə çatdırıb ki, bu kimi çirkin əməllərlə heç kim İranı yolundan döndərə bilməz. Terrorçular və onların havadarları elə düşünməsinlər ki, cəzasız qalacaqlar. Həsən Ruhani bəyan edib ki, İranın təhlükəsizlik qüvvələri terrorçuları mütləq cəzalandıracaq.
İran Prezidenti vurğulayıb ki, Soçidə keçiriləcək üçtərəfli görüşdə terrorçu qrupların fəaliyyətinin qarşısının alınması məsələsi də müzakirə olunacaq.
Xatırladaq ki, ötən gecə İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktında 41 nəfər həlak olub. Onlardan 20 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgər və zabitidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib
Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib
“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub