×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı Ər-Riyadın inkişafı üçün 22 milyard dollara yaxın sərmayə qoyacaq

Ər-Riyad, 14 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Krallığın inkişafına dair möhtəşəm proqram çərçivəsində ölkənin paytaxtı Ər-Riyadın inkişafına dair 82,3 milyard rial (təqribən 22 milyard dollar) dəyərində 1281 layihəyə razılıq verib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə iqtisadi şuranın rəhbəri, vəliəhd şahzadə Məhəmməd bin Salman iştirak edib.
Ər-Riyadın inkişafı proqramı şəhərin həyat fəaliyyətinin bütün sahələrini əhatə edəcək. Belə ki, 1281 layihədən 166-sı təhsil sektorunun inkişafına (bu layihələrin ümumi məbləği 3,6 milyard riala bərabərdir), 43 layihə səhiyyə sektoruna (11,6 milyard rial), 315 layihə kommunal sektora (40 milyard rial), 15 layihə mənzil sektoruna (6,5 milyard rialdan çox), 363 layihə nəqliyyat sektoruna (7,6 milyard rial), 313 layihə sosial xidmətlər sektoruna (2,3 milyard rial) və 66 layihə iqtisadi inkişaf sektoruna (10,3 milyard rial) yönəldiləcək.

 

Asya Hacızadə

AZƏRTAC –ın xüsusi müxbiri
Ər-Riyad

Dünya 2019-02-14 12:42:00