×
A
A
A
Sazlamalar

Cari ilin yanvarında Gürcüstanın xarici ticarət dövriyyəsi 826,8 milyon dollar təşkil edib

Tbilisi, 14 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 826,8 milyon dollar təşkil edib. Bu da 2017-ci ilin yanvar ayı ilə müqayisədə 1,2 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkənin xarici ticarətində idxalın həcmi 238,8 milyon dollar (keçən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox), idxalın həcmi isə 588 milyon dollar (2017-ci ilin yanvar ayı ilə müqayisədə 1,1 faiz azalma) olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-02-14 07:44:00