×
A
A
A
Sazlamalar

“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyır

London, 14 fevral , AZƏRTAC

“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Ford Motors”un rəsmi nümayəndəsi Baş nazir Tereza Meylə telefon danışığı zamanı İngiltərədən başqa alternativ fabrikləri nəzərdən keçirdiklərini bildirib.
İngiltərədə iki fabriki fəaliyyət göstərən “Ford” şirkəti əgər bu ölkə Brexit razılaşması olmadan Avropa İttifaqından ayrılarsa 1 milyard dollar zərərlə üzləşəcəyini bildirmişdi.
Qeyd edək ki, “Nissan Motors” şirkəti də Brexit mövzusundakı naməlum vəziyyətə görə İngiltərədə yeni bir model istehsal etmək planından imtina etdiyini açıqlamışdı.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-02-14 03:15:00