×
A
A
A
Sazlamalar

Fransız deputatlar yenidən karbon vergisinin bərpasını müzakirə ediblər

Paris, 14 fevral, AZƏRTAC

Fransada müxtəlif siyasi partiyaları təmsil edən 86 deputat karbon vergisinin (əvvəl yanacaq vergisi deyilirdi) “müfəssəl və ədalətli” formada yenidən bərpa edilməsini təklif ediblər.
AZƏRTAC xəbər verir ki, deputatlar verginin əvvəl nəzərdə tutulduğu kimi deyil, hazırda aparılan müzakirələrin nəticələrinə uyğun olaraq yenidən bərpasını qeyd edirlər.
Men və Luar departamentindən olan deputat Matyö Orfelən verginin eyni məntiqlə deyil, ümumi fikirlərə uyğun olaraq bərpa edilməsi ilə bağlı təkliflər səsləndirib.
Qeyd edək ki, ölkədə “sarı jiletlər” iki ay əvvəl məhz yanacaq vergisinin artmasına görə etiraz aksiyasına başlayıblar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Dünya 2019-02-14 02:41:00