×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyi: Ukraynada qrip və kəskin respiratorlu virus infeksiyası epidemioloji həddi aşıb

Kiyev, 14 fevral, AZƏRTAC

Ukraynada qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) epidemioloji həddi aşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fevralın 4-dən 10-dək 209 mindən artıq insan qrip və kəskin respiratorlu virus infeksiyasına tutulub. Bunlardan 70,6 faiz 17 yaşa qədər uşaq və yeniyetmələrdir. Bu da epidemioloji normadan 5 faiz çoxdur.
Qeyd edək ki, Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 30 nəfər dünyasını dəyişib.
Səhiyyə Nazirliyi əhalinin qripə qarşı vaksin olunmasını vacib sayır.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-02-14 02:00:00