×
A
A
A
Sazlamalar

İstanbulun mərkəzində atışma olub, yaralılar var

İstanbul, 14 fevral, AZƏRTAC

İstanbulun mərkəzi hissələrindən olan Şişli rayonunda yerləşən yaşayış komplekslərinin birinin qarşısında atışma olub.
AZƏRTAC xəbər verir ki, atışma zamanı kompleksin mühafizəçisi və bir sakin yaralanıb.
Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları qaçan cinayətkarı axtarır.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-02-14 00:09:00