Belçika üzr istəyəcəkmi?
Brüssel, 13 fevral, AZƏRTAC
BMT-nin bir qrup eksperti Belçikaya öz müstəmləkəçi keçmişinə görə üzr istəməsini tövsiyə edib. AZƏRTAC xəbər verir ki, Belçika ermənilərin mif yaradıcılığına lobbiçilik edənlərin yedəyində gedən və qondarma “erməni soyqırımı”nın tanınması barədə heç bir əhəmiyyət kəsb etməyən parlament qətnamələri qəbul edən ölkələr sırasındadır. Özü də Brüssel dəfələrlə Ankaranı “öz keçmişinə cəsarətlə baxmağa və cinayətlərini etiraf etməyə” çağırıb.
Birdən-birə Belçikanın özü üçün gözlənilməz olan belə xoşagəlməz hadisə baş verib. Bununla belə, ölkənin Baş naziri Şarl Mişel məruzəni “çox qəribə” adlandırıb və ölkəsinin keçmişinə “cəsarətlə baxmağa” hazırlıq nümayiş etdirməyib.
XIX əsrin sonundan XX əsrin ortalarına qədər Belçikanın Mərkəzi Afrikada geniş müstəmləkələri olub və o, bu ərazilərdə bəşəriyyət əleyhinə cinayətlər törədib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır