×
A
A
A
Sazlamalar

Rus mənşəli qadın Türkiyədə bələdiyyə seçkilərində iştirak etmək üçün rəsmən müraciət edib

Bakı, 13 fevral, AZƏRTAC

Rus mənşəli qadın Anastasiya Petrova Çətinkaya martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində majoritar qaydada iştirak etmək üçün rəsmən müraciət edib. O, Antalya vilayətinin Alanya rayonundan bələdiyyə sədrliyinə namizəd olacaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 35 yaşlı qadın namizəd bildirib ki, şəhər sakinləri onun namizədliyini rəğbətlə qarşılayıblar və onun apardığı seçkiqabağı kampaniya çox uğurla başlayıb. Biz Alanyanı daha varlı və gözəl şəhərə çevirəcəyik. İnanıram ki, bunun üçün şəhərdə bütün imkanlar mövcuddur”, -deyə Petrova Çətinkaya vurğulayıb.
Xatırladaq ki, martın 31-də keçiriləcək yerli seçkilərdə bələdiyyə sədrləri və üzvləri, kiçik rayonlarda isə muxtarlar seçiləcək. Sonuncu yerli seçkilər 2014-cü il martın 30-da keçirilib və hakim Ədalət və İnkişaf Partiyası səslərin 45,5 faizini əldə edib.

Dünya 2019-02-13 19:07:00