×
A
A
A
Sazlamalar

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır

Bakı, 13 fevral, AZƏRTAC

Paytaxtın Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar fevralın 13-də saat 23:00-dan etibarən metronun “Koroğlu” stansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısamüddətli məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, avtomobillərin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

Tikinti̇ 2019-02-13 18:52:00