×
A
A
A
Sazlamalar

Fransada inkasator maşınından 3 milyon avro oğurlayan sürücü saxlanılıb

Paris, 13 fevral, AZƏRTAC

Fransada inkasator maşınını qaçıran sürücü saxlanılıb.
AZƏRTAC xəbər verir ki, inkasator maşını Parisin ətrafındakı Obervil kommunasında tapılsa da, onun içərisində olmuş 3 milyon avro tapılmayıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü Adryən Derbe saxlanılıb və oğurladığı pul onun əlindən alınıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2019-02-13 19:09:00