Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şagirdlərə baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklər aşılanır

Bakı, 12 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi fevralın 12-də Füzuli rayonunun Fin şəhərciyində yerləşən 59 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir şagirdlərə baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərin aşılanması məqsədilə keçirilib. Tədbirdə “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112 - qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.
Sonda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndirici materiallar paylanılıb.
Görüşdə FHN-in yerli qurumlarının və rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.

Sosial 2019-02-12 21:15:00