Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sumqayıtda “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib

Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, İcraçı direktor müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, ziyalılar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev seminarın əhəmiyyətindən danışıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov qloballaşmanın müsbət xüsusiyyətlərindən istifadə edərək milli-kimliyimizi qorumağın vacibliyini diqqətə çatdırıb.
Fondun icraçı direktoru Mehman İsmayılov dünyada gedən proseslər fonunda milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyətinə toxunub. İcraçı direktor qeyd edib ki, müasirlik və inkişaf milli xüsusiyyətlərimizin möhkəmlənməsinə və vətənə bağlılığın güclənməsinə töhfə verməlidir.
Daha sonra çıxış edən Fondun İcraçı direktor müavini Ceyhun Əliyev Azərbaycanın ailə dəyərlərinin milli kimliyimizin formalaşmasındakı rolu haqqında fikirlərini bölüşüb.
Seminar-treninqdə iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Din 2019-02-12 20:48:00