Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyəli alimlər Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Bakı, 12 fevral, AZƏRTAC 

Türkiyənin Kocaeli Universitetinin mühəndislik fakültəsinin professorları – Fadimə Sərtçelik, Tekin Yekin və İbrahim Sərtçelik Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Zəlzələlərin tədqiqatı” bürosunda olublar.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqlar RSXM-də aparılan seysmoloji tədqiqatların nəticələri, məlumatların emal proqramları ilə yaxından tanış olublar. Onlara mərkəzin bu vaxta qədər gördüyü işlərə dair təqdimat da nümayiş etdirilib.

Ekologiya 2019-02-12 18:12:00