Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edəcək
Bakı, 12 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 15-də Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz regional ədliyyə idarəsində (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17) keçiriləcək qəbulda Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (əlaqə telefonu: (02332) 5-18-88, 055 950-58-83), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
Paytaxt məktəblilərinin iştirakı ilə “Xocalı soyqırımını unutma” mövzusunda sərgi keçirilib
Gənclər təşkilatları əməkdaşlıq memorandumu imzalayıb
“Effektiv natiq – Uğurlu sahibkar!” layihəsinə qeydiyyat başlayıb