Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ukraynada hər gün orta hesabla 450-dən çox insan qızılca xəstəliyinə tutulur

Kiyev, 12 fevral, AZƏRTAC

İlin əvvəlindən Ukraynada 18 170 nəfər qızılca xəstəliyinə tutulub. AZƏRTAC-ın Ukraynanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bunlardan 7808 nəfəri böyük, 10 362-si isə uşaqdır.
Hesabat dövründə qızılca xəstəliyindən 8 nəfər həlak olub. Xəstəliyin ən yüksək göstəricisi qeydə alınan bölgələr Lvov, Vinnitsa və Rovno vilayətləridir.
2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər bu xəstəlikdən ölüb, bunlardan 17-si uşaqdır.
Qeyd edək ki, 2018-ci ildə 54481 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 20204-ü böyük, 34277-si isə uşaqdır. Hesabat dövründə qızılca xəstəliyindən 16 nəfər həyatını itirib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev 

 

Səhiyyə 2019-02-12 16:17:00