Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri açıqlanıb

Bakı, 11 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri müəyyən olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasına ərizə qəbulu fevralın 22–dən martın 11- dək aparılacaq.
Qəbul imtahanının I mərhələsi (əvvəlki illərin məzunları) - 31 mart;
Qəbul imtahanının II mərhələsi (əvvəlki illərin məzunları) - 23 iyun;
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat - 8-16 iyul;
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı - 18-22 iyul;
İxtisas seçimi - 24 iyul - 5 avqust;
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı - 8 - 23 avqust;
Boş qalan yerlərə ixtisas seçimi - 27 avqust - 2 sentyabr;
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı - 4-11 sentyabr.
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu:
Ərizə qəbulu - 15 mart - 15 aprel;
Qəbul imtahanı - (əvvəlki illərin məzunları üçün) - 28 aprel;
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat - 24 iyun - 3 iyul;
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı - 12 - 17 iyul;
İxtisas seçimi - 15 - 19 avqust;
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı - 23 - 29 avqust;
Boş qalan yerlərə ixtisas seçimi - 30 avqust - 4 sentyabr;
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı - 6-11 sentyabr.

Elm və təhsil 2019-02-11 19:24:00