Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fevralın 14-dən rezidenturaya sənəd qəbulu başlayır

Bakı, 11 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya ərizə qəbulu fevralın 14-dən 21-dək aparılacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahana buraxılış vərəqəsinin çap edilməsinə aprelin 1-dən başlanılacaq və aprelin 6-dək davam edəcək.
Qəbul imtahanının 1-ci mərhələsi - 7 aprel;
Birinci mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı – 3-10 iyun;
İmtahana buraxılış vərəqəsinin çap edilməsi - 10-13 iyul;
Qəbul imtahanının 2-ci mərhələsi -14 iyul;
İxtisas seçimi -16 - 22 iyul;
Qəbul olan namizədlərin qeydiyyatı - 29 iyul - 2 avqust;
Boş qalan yerlərə ixtisas seçimi - 5-6 avqust;
Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı - 8-9 avqust;
Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə) - 16 mart
Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə) - 11-16 mart.

Elm və təhsil 2019-02-11 17:57:00