Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyətində innovativ ideyaların tətbiqi ilə bağlı mühüm işlər görülüb

Bakı, 11 fevral, AZƏRTAC 

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
İclasda növbəti dövr üçün BTEB-nin prioritet elmi istiqamətləri müzakirə edilib. Ə.Əmiraslanov bildirib ki, bölmənin elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülüb və bu işlər daha da intensivləşdirilməlidir.
Sonra BTEB-nin elmi müəssisələrində 2019-cu il üzrə elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri haqqında məlumat verilib. Qeyd edilib ki, elmlər doktoru hazırlığı üzrə doktoranturaya 5, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 15, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya isə 30 nəfər qəbul olunub.
İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturunda, Mikrobiologiya İnstitutunun elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, Lənkəran Regional Elmi Mərkəzində informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında qərarlar qəbul edilib.

Elm və təhsil 2019-02-11 17:43:00