Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“SABAH” qrupunun tələbələri Biofizika İnstitutunda təcrübə keçəcəklər

Bakı, 11 fevral, AZƏRTAC 

Bakı Dövlət Universitetinin “SABAH” qrupunun fizika müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri fevralın 18-dən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda təcrübə keçəcəklər. Təcrübə akademiyanın prezidenti, akademik Akif Əlizadənin “SABAH” qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” sərəncamına əsasən təşkil ediləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təcrübə dövründə tələbələr laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqların iş prinsipi ilə yaxından tanış olacaq və təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirəcəklər.
Qeyd edək ki təcrübə may ayının sonunadək davam edəcək.

Elm və təhsil 2019-02-11 17:41:00