×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant
Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant
Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant
Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Akif oğlu – mayor
Həsənov Nicat Zəfər oğlu – mayor
Əsədullayev Vilayət Fətulla oğlu – kapitan
Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il.

Sərəncamlar 2019-02-11 17:38:00