Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Güclü sel Avstraliya iqtisadiyyatına ciddi ziyan vurub

Bakı, 11 fevral, AZƏRTAC

Avstraliyanın Kvinslənd əyalətində minlərə evin su altında qalmasına səbəb olan selin vurduğu zərərin miqdarı araşdırılır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sel sularının təkcə heyvandarlıq sahəsinə vurduğu zərər 300 milyon dollardan çoxdur. Təbii hadisə nəticəsində 300 min başdan çox iribuynuzlu heyvan tələf olub.
Qeyd edək ki, ötən həftə Avstraliyada yağan güclü yağış ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xeyli miqdarda ziyan vurub.

Dünya 2019-02-11 16:07:00