Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nərimanov rayonunda soyğunçuluq və oğurluqlar edən Tərtər rayon sakini saxlanılıb VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Nərimanov rayonunda paytaxt sakini Şahin Mikayılova zor tətbiq edilərək mobil telefonu və 183 manat pulu əlindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Saxlanılan şəxslə bağlı keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Həmçinin A.Məmmədovun Nərimanov rayonunda daha bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.
Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Hadisə 2019-02-11 16:03:00

Video