Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Dirijorlarla görüş” layihəsinin növbəti qonağı Turan Manafzadədir

Bakı, 11 fevral, AZƏRTAC
“Dirijorlarla görüş” layihəsi çərçivəsində Niyazinin mənzil – muzeyində növbəti tədbir keçiriləcək. Martın 1-də Əməkdar artisti, dirijor, pianoçu - bəstəkar Turan Manafzadə ilə muzeydə görüş olacaq.
Bu barədə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a məlumat verib.
Görüş zamanı musiqiçinin yaradıcılığından söhbət açılacaq və iştirakçıların sualları cavablandırılacaq. Tədbir Turan Manafzadə tərəfindən təqdim olunacaq konsert proqramı ilə davam edəcək.

Musiqi 2019-02-11 15:49:00