Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, fevralın 11-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 848 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26 faiz təşkil edib.

Maliyyə 2019-02-11 15:42:00