Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kiçikyaşlı oxucularla “Kitab sizin üçün nədir?” adlı sorğu aparılıb

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sistemində kiçikyaşlı oxucularla “Kitab sizin üçün nədir?” adlı sorğu aparılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sorğuda məqsəd uşaqların kitabla bağlı fikirlərini öyrənmək və onların mütaliəyə olan həvəslərini daha da artırmaqdır. Sorğuda iştirak edən şagirdlər düşüncələrini yazılı qeyd ediblər.
Bildirilib ki, kitabxanada gələcəkdə də bu və ya başqa tipli sorğuların keçirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət 2019-02-11 15:41:00