Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda əhalinin demoqrafik yaşlanması araşdırılıb

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bakalavr tələbəsi Ləman Mütəllibovanın demoqrafiya ilə bağlı yeni kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanda əhalinin demoqrafik yaşlanması: problemlər, xüsusiyyətlər və nəticələr” mövzusunda tədqiqat işi Latviyada, “LAP LAMBERT Academic Publishing” nəşriyyatında rus dilində çap edilib.
Müəlliflər Azərbaycanda demoqrafik yaşlanmanın mahiyyətinin nəzəri əsaslarını öyrənərək, onun mövcud vəziyyətini və inkişaf dinamikasını təhlil ediblər. Tədqiqatda əhali yaşlanmasının ən əhəmiyyətli demoqrafik və sosial-iqtisadi nəticələri vurğulanır.
Kitab demoqraflar, sosioloqlar və iqtisadçılar üçün nəzərdə tutulub.

Elm və təhsil 2019-02-11 15:21:00