×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2.1-ci yarımbənddə “vahid siyasətin” sözləri “dövlət siyasətinin” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.1-ci yarımbənddə “dövlət proqramlarının, strategiyalarının və inkişaf konsepsiyalarının” sözləri “qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların” sözləri ilə əvəz edilsin;

1.3. 3.1.12-ci yarımbəndə “edir” sözündən sonra “, peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir” sözləri əlavə edilsin;

1.4. 3.1.14-cü yarımbənddə “orqanlarının” sözü “orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 3.1.14-1–3.1.14-3-cü yarımbəndlər əlavə edilsin:

“3.1.14-1. icbari tibbi sığorta sahəsində elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;
3.1.14-2. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;
3.1.14-3. Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;”;

1.6. 3.1.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.1.16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;”;

1.7. aşağıdakı məzmunda 3.1.17-1-ci yarımbənd əlavə edilsin:

“3.1.17-1. icbari tibbi sığorta sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir;”;

1.8. aşağıdakı məzmunda 3.1.20-1-ci yarımbənd əlavə edilsin:

“3.1.20-1. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, icbari tibbi sığorta sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;”;

1.9. 3.1.21-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;”;

1.10. 3.1.24-cü yarımbənddə “təminatını və onun təhlükəsizliyini təşkil” sözləri “təminatını təşkil edir və onun təhlükəsizliyini təmin” sözləri ilə əvəz edilsin;

1.11. 3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.1. icbari tibbi sığorta sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;”;

1.12. 3.2.2-ci yarımbənddə “təşəbbüslə çıxış etmək” sözləri “təkliflər vermək” sözləri ilə əvəz edilsin;

1.13. 3.2.3-cü yarımbənddə “beynəlxalq əlaqələr yaratmaq,” sözləri “beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə” sözləri ilə əvəz edilsin;

1.14. 3.2.15-ci yarımbənddə “dövlət və” sözləri “dövlət orqanlarına və qurumlarına,” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “icbari tibbi sığorta sahəsi üzrə” sözləri çıxarılsın;

1.15. 3.2.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.16. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;”;

1.16. aşağıdakı məzmunda 3.2.16-1-ci yarımbənd əlavə edilsin:

“3.2.16-1. Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;”;

1.17. 3.2.17-ci yarımbəndə “icbari tibbi sığorta sahəsində” sözlərindən sonra “rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və” sözləri əlavə edilsin;

1.18. aşağıdakı məzmunda 3.2.18-1-ci yarımbənd əlavə edilsin:

“3.2.18-1. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;”;

1.19. aşağıdakı məzmunda 3.2.22-1-ci yarımbənd əlavə edilsin:

“3.2.22-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı publik hüquqi şəxs yaratmaq, yenidən təşkil və ya ləğv etmək;”;

1.20. 4.3-cü bəndin birinci cümləsinə “rəhbərliyi” sözündən əvvəl “ümumi” sözü əlavə edilsin və həmin bəndin üçüncü cümləsi çıxarılsın;

1.21. 4.4-cü bənddə “səlahiyyətlərinin icrası İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir” sözləri “səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir” sözləri ilə əvəz edilsin;

1.22. 4.5.1-ci yarımbəndə “Agentliyin” sözündən sonra “inkişaf istiqamətlərini,” sözləri əlavə edilsin;

1.23. 4.5.2-ci yarımbəndə “sənədlər” sözündən sonra “(o cümlədən Agentliyin maliyyə hesabatını)” sözləri əlavə edilsin;

1.24. aşağıdakı məzmunda 4.5.2-1-ci yarımbənd əlavə edilsin:

“4.5.2-1. Agentliyin fəaliyyətini təşkil edir və ona nəzarət edir;”;

1.25. 4.5.7-ci yarımbənddən “və onların icrasına nəzarət edir” sözləri çıxarılsın;

1.26. 4.5.8-ci yarımbənddə “yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi üçün müraciət edir” sözləri “yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

1.27. 4.5.9-cu yarımbənddə “və fəaliyyət” sözləri “, strateji məqsədlərinin və” sözləri ilə əvəz edilsin;

1.28. 4.5.10-cu yarımbəndə “əsasnamələrini” sözündən sonra “, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini” sözləri əlavə edilsin;


1.29. 4.5.11-ci yarımbənd üzrə:

1.29.1. 1-ci abzasa “Agentliyinin” sözündən sonra “, habelə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra – TƏBİB) publik hüquqi şəxsin” sözləri əlavə edilsin;
1.29.2. 2-ci abzasa “Agentlikdə” sözündən sonra “, habelə TƏBİB-də” sözləri, “formalarını” sözündən sonra “, əməkhaqqı fondunu” sözləri əlavə edilsin;
1.29.3. 3-cü abzasa “Agentliyin” sözündən sonra “, habelə TƏBİB-in” sözləri əlavə edilsin;

1.30. aşağıdakı məzmunda 4.5.11-1-ci və 4.5.11-2-ci yarımbəndlər əlavə edilsin:

“4.5.11-1. Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən, habelə İcbari Tibbi Sığorta Fondundan başqa dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;
4.5.11-2. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;”;

1.31. 4.5.13-cü yarımbənddə “habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi üçün müraciət edir” sözləri “və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

1.32. aşağıdakı məzmunda 4.5.20-ci və 4.5.21-ci yarımbəndlər əlavə edilsin:

“4.5.20. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;
4.5.21. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.”;

1.33. aşağıdakı məzmunda 4.6-1 – 4.6-3-cü bəndlər əlavə edilsin:

“4.6-1. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.6-3. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.”;

1.34. 4.7.1-ci yarımbəndə “fəaliyyətinə” sözündən əvvəl “cari” sözü əlavə edilsin;

1.35. aşağıdakı məzmunda 4.7.8-1-ci və 4.7.8-2-ci yarımbəndlər əlavə edilsin:

“4.7.8-1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.7.8-2. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;”;

1.36. 4.7.10-cu yarımbənddə “və məxfilik rejiminin qorunması” sözləri “məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi” sözləri ilə əvəz edilsin;

1.37. 4.7.14-cü yarımbənddə “həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin” sözləri “habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində və TƏBİB-də isə yalnız rəhbərlərin)” sözləri ilə əvəz edilsin;

1.38. 4.7.18-ci yarımbənd ləğv edilsin;

1.39. 4.9-cu bəndə “verməməlidirlər” sözündən sonra “, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər” sözləri əlavə edilsin;

1.40. 5.1-ci bənddə “4 000 000 (dörd milyon)” rəqəmləri və sözləri “9 565 947, 36 (doqquz milyon beş yüz altmış beş min doqquz yüz qırx yeddi manat otuz altı qəpik)” rəqəmləri və sözləri ilə əvəz edilsin;

1.41. 5.4-cü bənddən “müəyyən edilmiş qaydada” sözləri çıxarılsın və həmin bənddə “nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti” sözləri “nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait” sözləri ilə əvəz edilsin;

1.42. 6.1-ci bəndə “Prezidenti” sözündən sonra “, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti” sözləri əlavə edilsin;

1.43. 7.2-ci bənddən “statistik uçot aparır,” sözləri çıxarılsın;

1.44. 7.3-cü bəndə “cəmiyyətlərinin” sözündən sonra “, habelə tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin.

2. Müəyyən edilsin ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinin 4.5.11-1-ci yarımbəndində nəzərdə tutulan istisna 2020-ci il yanvarın 1-dən tətbiq olunur.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-02-07 19:30:00