×
A
A
A
Sazlamalar

Tatarıstanda nəşr edilən Quran Türkiyədə yoxlamadan uğurla keçib

Moskva, 6 fevral, AZƏRTAC 

Tatarıstan Respublikası Müsəlmanlarının Ruhani İdarəsi tərəfindən nəşr edilən Quran Türkiyədə yoxlamadan uğurla keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti bildirib. “Müqəddəs Quranın “Kazan Müshəfi” adlandırılan səhifələri qəbul edilmiş dünya standartına - “Ər-Rəsm Əl-Usmani”yə müvafiq şəkildə yoxlanılıb. Heç bir səhv aşkar edilməyib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2019-cu il Tatarıstanda “Quranın təfsiri ili” elan edilib. Bu il müftilik özləri tərəfindən hazırlanmış Quran təfsirlərini rus və tatar dillərində nəşr etdirməyi planlaşdırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Din 2019-02-06 16:11:00