×
A
A
A
Sazlamalar

“Savalan” yaşayış massivinin yolları yenidən qurulur VİDEO

Bakı, 6 fevral, AZƏRTAC

Sabunçu rayonunun “Savalan” yaşayış massivinin yolları yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yolboyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb. Bunun ardınca yol əsasının inşası işləri aparılıb. Belə ki, zəruri qarışıqlarla layihədə nəzərdə tutulmuş qalınlıqda əsasın alt və üst layının təmiri aparılıb. Yol əsasının hazır olan hissələri isə hazırda əlaqələndirici bitum səpilməklə asfaltlanır.
Təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 santimetr qalınlığında yeni iri və xırdadənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Tikinti̇ 2019-02-06 15:59:00

Video