×
A
A
A
Sazlamalar

2018-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişləri 8 faiz artıb

Bakı, 1 fevral, AZƏRTAC
Ötən il "Azexport.az" portalına 514 milyon dollarlıq ixrac sifarişləri daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın yanvar sayında bildirilir.
Hesabata görə, 2017-ci illə müqayisədə ötən il portala daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. Dekabr ayında isə portala daxil olan sifarişlərin dəyəri 35,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin yanvarından 2018-ci il dekabrın 31-dək portala 115 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 989,1 milyon dollar olub.

Biznes 2019-02-01 13:51:00