×
A
A
A
Sazlamalar

“Hubble” teleskopu ölən qalaktikanın fotoşəkilini çəkib

Bakı, 30 yanvar, AZƏRTAC
“Hubble” radioteleskopu D100 spiralvari qalaktikadan kütləvi qaz axınını qeydə alıb. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) teleskopun göndərdiyi fotoşəkilləri yayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Hubble” radioteleskopu “Veronika saçı” ulduz yığınında yerləşən D100 spiralvari qalaktikanın yeni ulduzların meydana gəlməsi üçün tələb olunan qazları sürətlə itirdiyini müşahidə edib. “Veronika saçı” ulduz yığını Yer kürəsindən 320 milyon işıq ili uzaqda yerləşir. D100 isə oradakı minlərlə qalaktikadan biridir. Fotoşəkildə qalaktikanın arxasında hidrogen və toz buraxaraq böyük sürətlə boşluğun mərkəzinə doğru irəlilədiyi görünür.
Astroloq Vilyam Kramerin sözlərinə görə, bu qalaktika massiv klasterlərdə baş verən prosesin ən aydın təzahürüdür və bu kosmik hadisə nəticəsində spiralvari qalaktikalar “qırmızı və ölü” göy cisminə çevrilirlər.

Texnologiya 2019-01-30 11:35:00