×
A
A
A
Sazlamalar

Şahin Mustafayev: 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul olunub

Bakı, 29 yanvar, AZƏRTAC

İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.
Nazir qeyd edib ki, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.

Biznes 2019-01-29 15:12:00