Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dünya Harmonik Dinlərarası Münasibətlər Həftəsi keçiriləcək

Bakı, 26 yanvar, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə hər il fevralın ilk həftəsində Dünya Harmonik Dinlərarası Münasibətlər Həftəsi keçirilir.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın Baş Assambleyasının 65/5 nömrəli qətnaməsinə uyğun olaraq keçirilən bu Həftə çərçivəsində dünyadakı bütün dinlər, etiqadlar və təriqətlər arasında dialoqun gücləndirilməsi məsələləri müzakirə edilir.
BMT Baş Assambleyasının qətnaməsində bu həftə ərzində kilsələrdə, məscidlərdə, sinaqoqlarda, məbədlərdə və digər ibadət yerlərində dinlərarası dialoq ideyasının təbliğinə könüllülük əsasında dəstək verilməsi üçün dövlətlərə çağırış yer alıb. Qeyd olunub ki, din xadimləri dünyada sülhün və sabitliyin təmin edilməsində, bəşəri dəyərlərin təbliğində mühüm rol oynayırlar.

Din 2019-01-26 13:04:00