×
A
A
A
Sazlamalar

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1231) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1.3-cü və 1.1.5-ci maddələrdən “kommersiya” sözü çıxarılsın.
2. 1.1.4-cü maddədən “qeyri-kommersiya” sözü çıxarılsın.
3. 7.1.5-ci maddədən “, əmanətlərinin saxlanması” sözləri çıxarılsın.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Qanunlar 2019-01-25 18:58:00