Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Eston jurnalist: 20 Yanvar hadisələri dünya tarixinin ən qanlı səhifələrindən biridir

Tallinn, 24 yanvar, AZƏRTAC

Estoniyanın “Otse Postimehest” portalında 1990-cı ilin 20 Yanvar hadisələri barədə məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, jurnalist Andres Reyd 20 Yanvar hadisələrini dünya tarixinin ən qanlı səhifələrindən biri kimi xarakterizə edib. Jurnalist Yanvar hadisələrinin Azərbaycan xalqının əzmini qıra bilmədiyini, əksinə, insanların meydanlara axın edərək günahkarların tapılıb cəzalandırılmasını tələb etdiklərini bildirib. “Azərbaycan xalqı öz müstəqilliyini mütləq qazanacaqdı”, - deyə o, məqalədə vurğulayır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

20 yanvar 2019-01-24 17:19:00