Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Daniel Pommier: 20 Yanvar Azərbaycan xalqı üçün şərəf və qəhrəmanlıq tarixidir VİDEO

Roma, 23 yanvar, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçirilmiş anım tədbiri iştirakçılarda dərin təəssüratlar yaratdı.
Bu sözləri Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier AZƏRTAC-a müsahibəsindən deyib.
Qara Yanvara aparan tarixi mərhələlər, həmin hadisələrin gedişatında və sonrakı proseslərdə Azərbaycanın məruz qaldığı ikili standartlar, azərbaycanlılara münasibətdə tətbiq olunan etnik və dini ayrı-seçkilik barədə danışan Roma Sapienza bildirib ki, Qanlı Yanvar faciəsinin qurbanları Azərbaycanın müstəqilliyi uğrunda şəhid olublar. “20 Yanvar Azərbaycan xalqı üçün faciəli, eyni zamanda, şərəf və qəhrəmanlıq tarixidir. Onların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq”,– deyə D.Pommier vurğulayıb.
Dəfələrlə Azərbaycanda səfər etdiyini söyləyən dosent ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından tanış olduğunu da qeyd edib.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Qan yaddaşı 2019-01-23 12:23:00

Video