×
A
A
A
Sazlamalar

Qanlı Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş edilib

Bakı, 22 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanası 95 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri məktəbin təşkilatçısı Günay Rəsulova açaraq bildirib ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir. O, ulu öndər Heydər Əliyevin faciəyə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğulayıb.
Sonra kitabxananın metodisti Fərəhnisə Məmmədova 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verərək, bu faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd edib, xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, sovet qoşunlarının dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirməsindən danışıb.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Mədəniyyət 2019-01-22 17:22:00