×
A
A
A
Sazlamalar

Mərakeş qəzeti: 20 Yanvar Azərbaycan xalqının milli yaddaşına hüzn günü kimi yazılıb

Rabat, 21 yanvar, AZƏRTAC

Mərakeşin “Ərəb Məğribi Sədaları” qəzetində Azərbaycan Respublikasının Rabatdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi haqqında məqalə dərc edilib.
Məqalədə bildirilir ki, Azərbaycan Respublikasının Rabatdakı səfiri Oktay Qurbanovun iqamətgahında 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirilib. Səfir Oktay Qurbanov çıxışında Azərbaycan xalqının bu faciənin 29-cu ildönümünü qeyd etdiyini diqqətə çatdırıb.
Qəzet məlumat verir ki, səfirlikdə keçmiş sovet ordusunun Azərbaycana qarşı təcavüzünü əks etdirən fotosərgi təşkil olunub. Bu təcavüz 147 insanın şəhid olması, 744 nəfərin yaralanması, 841 nəfərin isə həbs olunması ilə nəticələnib.
Məqalədə vurğulanır ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli yaddaşına ağrılı hüzn günü kimi yazılıb. 1990-cı il yanvarın 20-də sovet ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycan xalqına qarşı qəddar cinayət törədib.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

20 yanvar 2019-01-21 21:52:00