×
A
A
A
Sazlamalar

Braziliya portallarında Qanlı Yanvar hadisələrindən bəhs edən məqalələr dərc olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Braziliyada fəaliyyət göstərən bir sıra nüfuzlu mətbuat orqanlarında Qanlı Yanvar hadisələrindən bəhs edən məqalələr dərc edilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Embassy Brasilia” və “Brasilia in foco” xəbər portallarında dərc olunan yazılarda Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi yoldan, sovet qoşunlarının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri insanlığa qarşı cinayətlərdən bəhs olunur. Qeyd edilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Qeyd edilir ki, bu cinayət Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Azərbaycan xalqı qanı bahasına da olsa müstəqilliyinə qovuşdu.

20 yanvar 2019-01-21 19:14:00