×
A
A
A
Sazlamalar

Polşaya ixrac missiyası təşkil ediləcək

Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) martda Polşanın paytaxtı Varşavaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.
AZƏRTAC xəbər verir ki, ixrac missiyası martın 6-dan 10-dək davam edəcək. Missiya qida, alkoqollu içkilər, tekstil, kosmetika sahələrini əhatə edir.
İxrac missiyada iştirak etmək üçün ixracatçılar müsabiqə əsasında seçiləcək. Fevralın 7-də keçiriləcək müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.

 

Biznes 2019-01-21 14:59:00