×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq

Qax, 21 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Qanlı Yanvar faciəsinin qurbanları dövlət müstəqilliyimizin qazanılması yolunda şəhid olublar. 20 Yanvar şəhidləri tariximizə qəhrəmanlıq səhifələri yazıblar. Onların xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq.
Bu sözləri 20 Yanvar hadisələrinin iştirakçısı, ikinci qrup əlil, Qax şəhər sakini Yusif Yusifli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Şəhid ailələrinin, Qanli Yanvar hadisələri zamanı sağlamlıqlarını itirən insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirən hadisə iştirakçısı göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

20 yanvar 2019-01-21 07:49:00