×
A
A
A
Sazlamalar

Arriqo Bonifaço: Dünya ictimaiyyəti 20 Yanvar faciəsinə diqqət yetirməlidir VİDEO

Roma, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm kədərli, həm də şərəfli gün kimi yazılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Romanın Sapienza Universitetinin doktorantı Arriqo Bonifaço deyib.
Bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi.
“Avropa ictimaiyyəti, siyasətçilər, jurnalistlər, ümumiyyətlə, dünya ictimaiyyəti bu hadisəyə diqqət yetirməlidir. Bu hadisəyə həsr olunan tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycana səfər etdiyini deyən doktorant, ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından tanış olduğunu da qeyd edib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

20 yanvar 2019-01-21 03:29:00

Video