×
A
A
A
Sazlamalar

Litva portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilib

Vilnüs, 21 yanvar, AZƏRTAC
Litvanın slaptai.lt portalında “1990-cı ilin 20 Yanvar tarixində Azərbaycan paytaxtı Bakıda nə baş verib?” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə keçmiş Sovet İttifaqının mərkəzi hakimiyyətinin Litvada da milli hissləri qızışdıraraq polyak və rus millətindən olan vətəndaşlarından istifadə etməklə təxribatlar törətmək və bu ölkənin müstəqillik arzusunun qarşısını almaq istədiyi qeyd edilir. Lakin Litvada bu baş tutmadı. Azərbaycan Litvadan fərqli olaraq tam informasiya blokadasında idi. Bundan istifadə edən Sovet rəhbərliyi 1990-cı ilin yanvarında çox sayda dezinformasiya, təxribat xarakterli hərəkətlər təşkil edərək Bakı şəhərinə ordu yeritdi.
Məqalədə 20 Yanvar hadisəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsi kimi xarakterizə olunur.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

20 yanvar 2019-01-21 00:48:00